Odessanın limanı raket hücumuna məruz qalıb

Odessanın limanı raket hücumuna məruz qalıb
  23 İyul 2022    Oxunub:932
Bu gün səhər Ukraynanın Odessa şəhəri “Kalibr” tipli qanadlı raketlərlə hücuma məruz qalıb.
“Cənub” Operativ Komandanlığının yaydığı məlumata görə, raketlər Odessa Dəniz Ticarət Limanına atılıb. İki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, ikisi isə liman ərazisinə düşüb. Nəticədə limanın ərazisində dağıntılar qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti