Putinin Abenin dəfnində iştirakına icazə verilməyəcək

   Putinin Abenin dəfnində iştirakına icazə verilməyəcək
  23 İyul 2022    Oxunub:966
Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın keçmiş Baş nazir Şinzo Abenin dəfninə buraxılmayacaq.
Rəsmi Tokiodan verilən açıqlamaya görə, buna səbəb Putinə qarşı Yaponiyanın tətbiq etdiyi giriş qadağasıdır. Bildirilib ki, Putin Abenin dəfnində iştirak etmək istəsə belə, Tokio qadağa qərarını ləğv etməyəcək.

Qeyd edək ki, Yaponiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə Vladimir Putinə qarşı sanksiya tətbiq edib. Xatırladaq ki, Abe Tokionun mərkəzindəki buddist Cojoji məbədində iyulun 8-də sui-qəsd nəticəsində öldürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti