Dünyanın ən böyük çay balığının nəsli kəsildi

   Dünyanın ən böyük çay balığının    nəsli kəsildi
  23 İyul 2022    Oxunub:2422
Çəkisi 300 kiloqrama və uzunluğu 7 metrə çatan ən böyük çay balığı olan Çin avar balığının nəsli kəsilmiş elan edilib.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, bu növün nəsli kəsilməsinə səbəb insan fəaliyyəti olub. Onu sonuncu dəfə təxminən 20 il əvvəl, 2003-cü ildə görüblər. Hətta o vaxtlar olduqca nadir idi, ona görə də kifayət qədər öyrənilməmişdi. Bəndlərin tikintisi, su elektrik stansiyaları və balıq ovu balığın məhvinə səbəb olub.

Növ, nərə balıqlarına aiddir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, bu qrupdan olan bütün balıqlar təhlükə altındadır. Onların arasında dənizlərdə yaşayan və çaylarda yetişən, Rusiya ərazisində yaşayan beluga var. Tutulan ən böyük fərdin çəkisi bir tondan çox idi.


AzVision.az



Teqlər:



Xəbər lenti