Araşdırma: Amerikalıların yarısı ölkədə vətəndaş müharibəsini gözləyir

      Araşdırma:    Amerikalıların yarısı ölkədə vətəndaş müharibəsini gözləyir
  23 İyul 2022    Oxunub:1163
Hər beş amerikalıdan biri siyasi məqsədlərə çatmaq üçün silahdan istifadə etməyə hazırdır. Bu barədə Britaniyanın “Daily Mail” nəşri Kaliforniya Universitetinin apardığı ictimai-siyasi araşdırmaya istinadən yazır.
Araşdırmaya görə, amerikalıların 50%-i bir neçə ildən sonra ABŞ-da ikinci vətəndaş müharibəsi olacağını gözləyir, 20%-i isə bir gün siyasi qarşıdurmada silahdan istifadə etməyə hazır olduqlarını bildiriblər.

Kaliforniya Universitetinin tədqiqatçıları həmçinin sorğuda iştirak edənlər arasında narahatlıq doğuran “özgələşmə”, “inamsızlıq” və zorakılığa meylin artdığını aşkar ediblər.

Respondentlərin üçdə ikisi hesab edir ki, demokratiya “ciddi təhlükədədir. 40%-dən çoxu hesab edir ki, “güclü liderə” sahib olmaq demokratiyadan daha vacibdir və “immiqrantlar doğuşdan ağdərililəri əvəz edir”. Tədqiqatçılar həmçinin siyasi mübahisələri zorakılıqla həll etmək meylinin artdığını aşkar ediblər. Sorğuda ölkə üzrə 8620 nəfər iştirak edib.


AzVision.az



Teqlər:



Xəbər lenti