“Google”un Rusiyaya olan borcu açıqlandı

“Google”un Rusiyaya olan borcu açıqlandı
  23 İyul 2022    Oxunub:1602
Amerikanın “Google” şirkətinin Rusiyadakı bölməsi olan “Google” MMC-nin 19 milyard rubldan çox ödənilməmiş öhdəlikləri var.
Bu barədə Moskva Arbitraj Məhkəməsinin iclası zamanı korporasiyanın vəkili məlumat verib. Onun sözlərinə görə, kreditorlar arasında kommersiya müəssisələri, şirkət işçiləri və federal vergi xidməti var.

Vəkil onu da bildirib ki, mühasibat uçotuna görə, şirkətin aktivləri 4,7 milyard rubl qiymətləndirilir. Onların1,2 milyardının üzərinə həbs qoyulub.


AzVision.az



Teqlər:



Xəbər lenti