Kovidə yoluxmuş Baydenin vəziyyəti yaxşılaşır

Kovidə yoluxmuş  Baydenin vəziyyəti yaxşılaşır
  23 İyul 2022    Oxunub:1061
Koronavirus yoluxmuş ABŞ prezidentinin vəziyyəti normallaşır
AzVision.az xəbər verir ki, bunu Ağ Evin koronavirusla mübarizə üzrə koordinatoru Aşiş Ca bildirib.

“Prezidentin səhhətində ağırlaşma riski azalıb. Çünki onun immuniteti möhkəmlənib, həm də o, virus əleyhinə preparatlar qəbul edir. Bu da riskin azalması baxımından böyük əhəmiyyət daşıyır” – koordinator əlavə edib.

AzVision.az



Teqlər: Bayden   Covid  



Xəbər lenti