ABŞ Konqresi üzvləri Kiyevə səfər edib

ABŞ Konqresi üzvləri Kiyevə səfər edib
  23 İyul 2022    Oxunub:1161
ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevə səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında məlumat verib.

Dövlət başçısı ABŞ-a Ukraynaya təhlükəsizlik sahəsində elan etdiyi son yardım paketinə görə minnətdarlığını bildirib.

O, xüsusilə HIMARS reaktiv yaylım atəşi sistemlərinin və mərmilərin çatdırıldığını qeyd edib.

Prezident həmçinin əlavə edib ki, rəsmi Kiyev bu münaqişəni dondura bilməz. Ukrayna Vaşinqtonun ölkənin müdafiəsinə verdiyi töhfəni yüksək qiymətləndirir.

AzVision.az



Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti