ABŞ-da baş verən atışmada ölən və yaralananlar var

ABŞ-da baş verən atışmada ölən və yaralananlar var
  23 İyul 2022    Oxunub:2150
ABŞ-ın Vaşinqton ştatında baş verən atışmada 1 nəfər ölüb, azı 5 nəfər yaralanıb
AzVision.az xəbər verir ki, bu barədə yerli polisə istinadən “ABC News” məlumat yayıb.

Hadisə Sietldən cənub-şərqdə, Renton şəhərində baş verib.

Hadisə yerinə gələn polis 6 nəfəri güllə yarası ilə aşkarlayıb. Onlardan biri yerindəcə ölüb, digərlərinə tibbi yardım göstərilib.

İlkin məlumata görə, atəş açanlar bir neçə nəfər olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzVision.az



Teqlər: ABŞ   Atışma  



Xəbər lenti