Türkiyə İsveçdən terroru dəstəkləyənlərə qarşı tədbir görülməsini tələb edir
Türkiyə PKK/YPG terror təşkilatı tərəfdarlarının iyulun 21-də İsveçin Göteborg şəhərində həyata keçirdiyi aksiya ilə bağlı izahat istəyib. Rəsmi Ankara İsveçin səlahiyyətli tərəflərindən bu terror aksiyasının təşkilatçılarının aşkar edilməsi, onlara qarşı ədalətli və qanuni tədbir görülməsini tələb edib.
İsveç və Finlandiyanın NATO-ya üzvlüyü Türkiyədən asılıdır. Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 18-də bildirib ki, Türkiyənin şərtləri yerinə yetirilmədiyi təqdirdə, proses dondurulacaq. “İsveçin sağlam mövqedə olmadığını görürük. Türkiyənin mövqeyi qətidir”, - Türkiyə Prezidenti deyib.
Daha əvvəl İsveçin Baş naziri isə Türkiyə qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl olunacağını vəd edib.







Vaxtında, Aydın, Lazımlı!


