Daşkənddə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

   Daşkənddə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək
  24 İyul 2022    Oxunub:1250
Daşkənddə Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı zamanı qeyd edilib.

Görüşlər avqustun əvvəlində baş tutacaq.

Dövlət başçıları məmnunluqla hissi ilə qeyd ediblər ki, Azərbaycan Prezidentinin səfəri zamanı əldə olunmuş bütün razılıqlar icra edilir. Vurğulanıb ki, səfərdən bir ay vaxt keçməsinə baxmayaraq, ticarət, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat sahələri ilə bağlı müvafiq dövlət orqanlarının rəhbərlərinin qarşılılıqlı səfərləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar razılığa gəlinib.

AzVision.az


Teqlər:



Xəbər lenti