Həştərxana uçan təyyarə geri döndü

   Həştərxana uçan təyyarə geri döndü
  24 İyul 2022    Oxunub:1590
“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.
Bu barədə AzVision.az -a aviaşirkətin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Qeyd edilir ki, reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.

AzVision.az


Teqlər:



Xəbər lenti