Baydenin səhhəti ilə bağlı açıqlama

   Baydenin səhhəti ilə bağlı açıqlama
  24 İyul 2022    Oxunub:921
Koronavirusa yoluxan ABŞ Prezidenti Cozef Baydenin vəziyyəti yaxşıdır.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ca “ABC” televiziyasına müsahibəsində bildirib:

“Dünən axşam prezidentin komandası ilə əlaqə saxladım. Özünü yaxşı hiss edir. Bu gün onlarla əlaqə saxlayacağam”.

ABŞ dövlət başçısının koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb. Hazırda Bayden təcrid olunub və öz səlahiyyətlərini həyata keçirməkdə davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti