Bakıda yay havası

Bakıda yay havası
  06 Aprel 2013    Oxunub:3081
Dünən havanın orta sutkalıq temperaturu Bakıda iqlim normasından 4 dərəcə yüksək olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 7-də hava əsasən yağmursuz olacaq.

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 25 dərəcəyədək yüksələcək.

Rayonlarda hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, ciskin müşahidə ediləcək.
Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 26 dərəcəyədək yüksələcək. Dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.

Qeyd edək ki, aprelin 3-də havanın orta sutkalıq temperaturu Bakıda iqlim normasından 4 dərəcə yüksək olub. Maksimal temperatur Bakı və Abşeron yarımadasında 16-20, Aran rayonlarında 17-23 dərəcə isti olub. Naxçıvan Muxtar Respublikasında isə havanın temperaturu 25 dərəcəyə kimi yüksəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti