Konqolular BMT-nin qərargahını darmadağın etdi

   Konqolular BMT-nin qərargahını darmadağın etdi
  25 İyul 2022    Oxunub:992
Nümayişçilər Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhərində BMT missiyasının binalarına və anbarlarına hücum edərək qarət ediblər.
AzVision.az xəbər verir ki, etirazçılar Konqonun Şimali Kivu əyalətindən BMT sülhməramlılarının çıxarılmasını tələb edirlər. Nümayiş BMT-ni ölkənin bu hissəsində əhalinin təhlükəsiz yaşaması üçün şərait yaratmamaqda ittiham edən bir neçə ictimai təşkilatın, o cümlədən qadın təşkilatlarının təşəbbüsü ilə keçirilib.

İyulun 25-də səhər saatlarında nümayişçilər Qomanın mərkəzi məhəllələrində barrikadalar quraraq nəqliyyatın hərəkətini kəsiblər. Əhalisi 700 min nəfərə çatan şəhərdə mağazalar, bazarlar, banklar və kommersiya şirkətlərinin ofisləri bağlanıb.

Əsas aksiya ölkənin şərqindəki ən böyük olan BMT-nin regional qərargahının binası qarşısında baş tutub. Polis xüsusi texnika, o cümlədən rezin güllələrdən istifadə etməklə etirazçıları dağıdıb, lakin bir müddət sonra nümayişçilərdən bəziləri BMT-nin mənzil-qərargahına qayıdıb və ora basqın etməyə başlayıblar.

Qəzet yazır ki, BMT-nin Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyasının (MONUSCO) əməkdaşları dağılmış binalardan iki helikopterlə təxliyə edilib.


AzVision.az



Teqlər:



Xəbər lenti