Qarabağda ədliyyə və məhkəmələrin fəaliyyəti bərpa edilir
“Bu gün Prezidentin elan etdiyi “Şuşa İli” çərçivəsində 270 illiyini qeyd etdiyimiz mədəniyyət paytaxtımızda məhkəmə-hüquq islahatlarına həsr olunan konfrans keçirilir. Məlum olduğu kimi, ulu öndər Heydər Əliyev tərəfindən aparılan islahatlar nəticəsində 2000-ci ildə yeni üçpilləli məhkəmə sistemi, o cümlədən apellyasiya instansiyası məhkəməsi yaradılıb və Prezidentin rəhbərliyi ilə ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması məqsədilə həmin məhkəmələr genişləndirilib. Bu gün regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlamasının 15 illiyini qeyd edirik”, – deyə ədliyyə naziri vurğulayıb.
Şuşa konfransında Prezidentin tapşırıqlarına uyğun olaraq qarşıda duran yeni, xüsusilə azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası ilə bağlı vəzifələrin müzakirə edildiyini söyləyən nazir deyib: “Xüsusilə, dövlət başçısının yenicə təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn nazirliyin vəzifələrini, habelə məhkəmə işlərinin, xüsusilə kommersiya mübahisələrinin həllində müasir İKT-lərin tətbiqinin, mübahisələrin alternativ həlli vasitələrinin genişləndirilməsi, mediasiyanın təşviqi ilə bağlı görülməli tədbirləri müzakirə etdik. Hesab edirəm ki, bugünkü konfransımız məhkəmə-hüquq sistemimizin inkişafı ilə bağlı yeni çağırışlara uyğun təkmilləşdirilməsinə xidmət edəcək”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


