Polşanın keçmiş prezidentinin təhlükəsizliyi gücləndirildi

Polşanın keçmiş prezidentinin təhlükəsizliyi gücləndirildi
  25 İyul 2022    Oxunub:1864
Polşa hakimiyyəti ölkənin keçmiş prezidenti və “Həmrəylik” həmkarlar ittifaqının təsisçisi Lex Valesanın təhlükəsizliyi gücləndirib.
AzVision.az xəbər verir ki, bu barədə “Super Express” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Valesanı daim iki mühafizəçi müşayiət edir, baxmayaraq ki, bir neçə həftə əvvəl onun yalnız bir mühafizəçisi var idi.

Siyasətçinin müdafiəsi, onun Rusiyadan aldığı təhdidlərdən sonra gücləndirilib. Qeyd edək ki, Valesa Le Figaro qəzetinə müsahibəsində Rusiya Federasiyasının əhalisini 50 milyon nəfərə endirməyi təklif edib.


AzVision.az



Teqlər:



Xəbər lenti