ABŞ-da pitbullar yaşlı kişini parçaladı

ABŞ-da pitbullar yaşlı kişini parçaladı
  25 İyul 2022    Oxunub:1218
ABŞ-da pitbullar mağazaya gedən yaşlı kişini parçalayaraq öldürüb.
AzVision.az xəbər verir ki, bu barədə “New York Post” yazıb. Polis pitbullların sahibi, 47 yaşlı Texas sakini Samuel Kartraytı saxlayıb. O, ABŞ qanunlarına görə ikinci dərəcəli cinayət sayılan ölümcül it hücumunda ittiham olunub. Polislər ölən 71 yaşlı Freddi Qarsiyanın itləri təhrik etmədiyini bəyan ediblər.

Polis əlavə edib ki, hücum edən itlər cəmiyyətdən təcrid olunub və insanlar üçün təhlükə yaratmır.


AzVision.az



Teqlər:



Xəbər lenti