AMEA-nın vitse-prezidentləri AzTV-yə cavab verməkdən çəkindilər

   AMEA-nın vitse-prezidentləri    AzTV-yə cavab verməkdən çəkindilər
  26 İyul 2022    Oxunub:1858
Xəbər verdiyimiz kimi, AzTV Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti barədə süjet hazırlayıb. “Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib” adı altın da verilən süjetdə elm ocağının fəaliyyəti sərt şəkildə tənqid olunub.
AzVision.az məsələ ilə bağlı AME-nın rəsmi şəxsləri, vitse-prezidentlərindən münasibət öyrənməyə çalışıb.

AMEA-nın prezidenti səlahiyyətlərini icra edən Arif Həşimov sualımıza cavab verməkdən imtina edərək iclasda olduğunu, AzTV-yə zəng etməyimizi bildirib.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Tbilisidə ədəbiyyatşunaslıq üzrə beynəlxalq konfrasda iştirak etdiyini əsas gətirərək elm ocağında hər hansı yeniliklərin olub-olmaması barədə suala cavab verməkdən imtina etdi:
“AzTV-nin çəkdiyi sujetdən xəbərim yoxdur”.

AMEA-nın digər vitse prezidenti Rasim Əlquliyev də süjetə baxmadığı üçün suala cavab verməyəciyini vurğulayıb.

Qeyd edək ki, AMEA-nın rəsmi saytında bu gün səhər saatlarında həmin material “Azərbaycan Televiziyası Azərbaycan Milli Elmlər Akademiyası barədə süjet hazırlayıb" başlığı ilə yayımlanıb.





Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti