Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün danışıqlar aparılır

   Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün danışıqlar aparılır
  26 İyul 2022    Oxunub:1390
Azərbaycan və Ermənistanın rəsmi nümayəndələri iki ölkənin liderlərinin görüşü barədə danışıqlar aparır.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə bu gün brifinqdə hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasının rəhbəri Eduard Ağacanyan bildirib.

“Bildiyim qədəri ilə, liderlərin (Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan - Red) görüşünün keçirilməsi üçün danışıqlar aparılır, lakin konkret tarixiləri deyə bilmərəm”, - o əlavə edib.

AzVision.az


Teqlər:



Xəbər lenti