Türkiyə və Rusiya ticarətdə milli valyutalara keçir

   Türkiyə və Rusiya ticarətdə    milli valyutalara keçir
  26 İyul 2022    Oxunub:1489
Rusiya və Türkiyə nümayəndə heyətləri hazırda milli valyutalarla ticarətin artırılması məsələsi üzərində işləyirlər.
AzVision.az xəbər verir ki, bu barədə “Aydınlık” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, rəsmi Moskva və Ankara ixrac artımına nail ola bilib: “Alternativ mənbələrdən əldə etdiyimiz məlumata görə, texniki nümayəndə heyətləri iki ölkə arasında SWAP və maliyyə sisteminin uyğunlaşdırılması, habelə milli valyutalarla ticarətin artırılması üçün danışıqlar aparırlar”, - nəşr bildirib.

2022-ci ilin birinci yarısında Rusiya tərəfi ilə ticarətdə ixracın artmasına nail olmaq mümkün olduğu vurğulanır. Ankara ilə Moskva arasında aparılan danışıqların təfərrüatları hələlik verilmir.

Qeyd edək ki, artıq Rusiya və İran milli valyutalarda hesablaşmaları intensivləşdirmək barədə razılığa gəlib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Türkiyə  



Xəbər lenti