Bakının əsas küçələrindən biri təmir edilir

Bakının əsas küçələrindən biri təmir edilir
  26 İyul 2022    Oxunub:1383
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Zivərbəy Əhmədbəyov küçəsini təmir edir.
AzVision.az Agentliyə istinadən xəbər verir ki, küçənin uzunluğu 1 000, ortalama eni 15 metr təşkil edir. Aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması icra olunur.

Təmir işləri zamanı mövcud piyada səkilərinin bərpası, yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq yeni baxış qapaqlarının qoyulması da nəzərdə tutulub.

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək. Ardıcıllığa uyğun şəkildə təmir işləri rayon üzrə Tbilisi prospekti və Seyfəddin Dağlı küçəsində də aparılacaq.

Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 km təşkil edən 5 küçənin təmiri nəzərdə tutulub. Artıq II Alatavanın daxili yolları və Ələsgər Ələkbərov küçəsinin təmiri yekunlaşıb.

AzVision.az



Teqlər:





Xəbər lenti