İsraillə Rusiya arasında “Soxnut” qalmaqalı böyüyür

   İsraillə Rusiya arasında    “Soxnut” qalmaqalı böyüyür
  26 İyul 2022    Oxunub:1630
“Soxnut” (“İsrail Yəhudi Agentliyi”) qeyri-kommersiya təşkilatının mümkün bağlanması məsələsi hüquqi müstəvidədir, bununla Rusiya Ədliyyə Nazirliyi məşğul olur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Moskva İsrailin son aylarda Rusiya Federasiyasına, o cümlədən Ukrayna məsələsinə münasibətdə qeyri-konstruktiv və qərəzli mövqe tutmasından təəssüflənir.
İsrailin Baş naziri Yair Lapid ölkənin Xarici İşlər Nazirliyinə “Soxnut” (“İsrail Yəhudi Agentliyi”) Rusiya bölməsinin bağlanacağı təqdirdə Moskvaya qarşı bir sıra siyasi tədbirlər hazırlamağı tapşırıb.

Məlumata görə, Xarici İşlər Nazirliyinə də rəhbərlik edən Lapid yaxın günlərdə mümkün tədbirlərlə bağlı qərar vermək niyyətindədir. Mayın 21-də məlum olub ki, Moskvanın Basmannı məhkəməsi bu il iyulun sonunda “Soxnut”un bağlanması ilə bağlı Rusiya Ədliyyə Nazirliyinin Moskva Departamentinin vəsatətinə baxacaq.

Baş nazir Lapid mümkün bağlanmanın Rusiya-İsrail münasibətlərinə ciddi təsir göstərəcəyi ilə bağlı xəbərdarlıq edib.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti