Le Monde: “Yeddinci sanksiyalar paketində ciddi tədbirlər yoxdur”

      Le Monde:  “Yeddinci sanksiyalar paketində ciddi tədbirlər yoxdur”
  26 İyul 2022    Oxunub:1367
Rusiyaya qarşı yeddinci sanksiyalar paketi ilə Avropa İttifaqı Rusiya iqtisadiyyatına yeni ciddi məhdudiyyətlər tətbiq etmək imkanlarının olmadığını nümayiş etdirdi.
Bu barədə “Le Monde” qəzeti adı açıqlanmayan fransız diplomata istinadən xəbər verir. “Biz edə biləcəyimiz işin sonuna gəldik”-, diplomat deyib. O qeyd edib ki, yeddinci sanksiyalar paketində ciddi tədbirlər yoxdur.

Xüsusilə, Avropa İttifaqının üzvləri Rusiya qazından könüllü imtina barədə mənfi fikirlər səsləndiriblər - halbuki belə bir tədbir hətta hökumətləri Rusiyaya qarşı son dərəcə antaqonist olan Polşa və Baltikyanı ölkələr tərəfindən də qəbul edilmir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti