Qazaxıstan Avropaya rekord miqdarda kömür göndərdi

Qazaxıstan Avropaya rekord miqdarda kömür göndərdi
  26 İyul 2022    Oxunub:1499
Yanvar-may ayları ərzində Qazaxıstan Avropa İttifaqı ölkələrinə 1,5 milyon ton kömür tədarük edib ki, bu da bütün 2021-ci illə müqayisədə təxminən iki dəfə çoxdur.
Bu barədə “Kommersant” qəzeti Eurostat məlumatlarına istinadən məlumat yayıb. Əgər yanvar və fevral aylarında tədarüklərin həcmi təxminən 140-200 min ton idisə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Qazaxıstan hər ay Avropa ölkələrinə 300-400 min ton göndərir.

Eyni zamanda, 2021-ci ilin aprel-may aylarında Qazaxıstan kömürünün Aİ-yə ixracı cəmi 60-70 min ton təşkil edib. Qeyd edək ki, Avropa ölkələri bu ilin avqustuna qədər Rusiya kömüründən tamamilə imtina etmək niyyətindədir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti