Britaniyada 11 nəfəri öldürən manyak azad oluna bilər

   Britaniyada 11 nəfəri öldürən manyak azad oluna bilər
  26 İyul 2022    Oxunub:1441
11 nəfəri öldürən "Britaniyanın ən təhlükəli adamı" kimi tanınan britaniyalı manyak Patrik Makkey bir neçə aya azadlığa çıxa bilər.
Bu barədə “The Sun” məlumat yayıb. Makkey 1975-ci ildən ömürlük həbs cəzası çəkir. Mətbuatda o vaxt “Şeytanın şagirdi” adlandırılan qatil bir sıra cinayətləri ilə tanınır. Xüsusilə, o, hamamda bir keşişin cəsədini vəhşicəsinə doğrayıb, həmçinin 87 yaşlı dul qadını və onun dörd yaşlı nəvəsini bıçaqlayaraq qətlə yetirib.

Onun vəsatəti şərti azadlığa buraxılma kollegiyasına göndərilib. Dinləmə bu ilin sentyabrında baş tutacaq. İdarə Heyəti Makkeynin azadlığa buraxılmasını təsdiqləsə, o, dekabrda azadlığa çıxa bilər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti