Nazir 136 məzunu qızıl nişanla təltif etdi

Nazir 136 məzunu qızıl nişanla təltif etdi
  26 İyul 2022    Oxunub:1691
Təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb
AzVision.az xəbər verir ki, əmrə əsasən ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarından 136 nəfər qızıl, 79 nəfər isə gümüş nişanla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunan şagirdlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti