306 nəfər yoluxub, 4 nəfər vəfat edib

306 nəfər yoluxub,    4 nəfər vəfat edib
  26 İyul 2022    Oxunub:1125
Azərbaycanda koronavirusa 306 yeni yoluxma qeydə alınıb, 258 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə AzVision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, sutka ərzində koronavirusdan 4 nəfər vəfat edib.

Ölkədə indiyədək 796 882 nəfər koronavirusa yoluxub. Onlardan 785 166 nəfər müalicə olunaraq sağalıb, 9 739 nəfər vəfat edib, aktiv xəstə sayı 1 977 nəfərdir.

Ölkədə son sutka ərzində 3 739, hazırkı dövrədək isə 7 029 737 test aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti