Türkiyə qaz müqavilələrini uzatmaq niyyətindədir

Türkiyə qaz müqavilələrini uzatmaq niyyətindədir
  26 İyul 2022    Oxunub:1629
Türkiyə Rusiya, Azərbaycan və İranla təbii qazın alqı-satqısına dair sazişləri uzatmaq niyyətindədir.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib. O qeyd edib ki, bizim əsas təchizatçılarımız Rusiya, Azərbaycan və İrandır:

"Biz onlarla müqavilələri yeni müddətə uzatmaq niyyətindəyik. Enerji ehtiyaclarımızı ödəməyə çalışırıq", - nazir "Haber Global" telekanalının efirində deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti