İsrailin əczaçılıq şirkəti ABŞ-a 4,25 milyard dollar təzminat ödəyəcək

  İsrailin əczaçılıq şirkəti ABŞ-a 4,25 milyard dollar təzminat ödəyəcək
  27 İyul 2022    Oxunub:1490
Opioid böhranı ilə əlaqədar İsrailin əczaçılıq şirkəti "Teva Pharmaceuticals" korporasiyası kompromis razılaşmanın bir hissəsi olaraq ABŞ-a 4,25 milyard dollar təzminat ödəyəcək.
AzVision.az xəbər verir ki, bu barədə çərşənbə günü İsrailin Kan dövlət radiosu məlumat yayıb.

Bu barədə çərşənbə günü İsrailin Kan dövlət radiosu məlumat yayıb.

Radiostansiya qeyd edir ki, opioid böhranı - güclü ağrıkəsicilərə aludəçilik - son iyirmi ildə yarım milyondan çox amerikalının ölümünə səbəb olub. Kan qeyd edir ki, Teva ABŞ-da minlərlə məhkəmə iddiası ilə üzləşmiş yalnız bir əczaçılıq şirkətidir.

Radiostansiyanın məlumatına görə, kompromis razılaşma hüquqi müzakirələrə son qoyacaq.

Qeyd edək ki, son illərdə ABŞ-ı sintetik ağrıkəsicilərin həddən artıq dozalanma epidemiyası bürüyüb. İstintaqın aparılmasından sonra hökümət bu cür preparatları ölkədə istehsal edən və yayan iri şirkətlərə qarşı iddialar irəli sürməyə başlayıb.

ABŞ höküməti ilk dəfədir ki, sintetik opioid preparatlarının qəbuluna görə ölüm dərəcəsinin kəskin artımına görə özəl şirkətə cinayət ittihamları və cərimələr tətbiq edir.

AzVision.az



Teqlər:



Xəbər lenti