"Taxıl dəhlizi" üzrə Birgə Koordinasiya Mərkəzi bu gün açılır

   "Taxıl dəhlizi" üzrə  Birgə Koordinasiya Mərkəzi bu gün açılır
  27 İyul 2022    Oxunub:2345
Bu gün “Taxıl dəhlizi sazişi” çərçivəsində qurulan Birgə Koordinasiya Mərkəzinin açılışı baş tutacaq
AzVision.az xbər verir ki, İstanbulda Milli Müdafiə Universitetində yerləşəcək mərkəzin açılışını milli müdafiə naziri Hulusi Akar özü edəcək.

Mərkəzdə Türkiyə, Ukrayna və Rusiyadan olan hərbi rəsmilər vəzifə götürəcək. Bundan əlavə, BMT-ni təmsil edən diplomatlar da iştirak edəcəklər.

Birgə Koordinasiya Mərkəzi Ukraynanın 3 limanından çıxan taxıl yüklü gəmilərin bütün hərəkətlərini diqqətlə izləyəcək. Qara dənizdə yaradılan dəhlizdən istifadə edəcək gəmilər zərurət yaranarsa, boğazlardan keçməzdən əvvəl yoxlanılacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti