"Dəhlizin açılması Rusiya məhsullarının ixracı üçün də əhəmiyyətlidir" - Çavuşoğlu
O bildirib ki, dəhlizin açılması Rusiya məhsullarının ixracı üçün də əhəmiyyətlidir:
"Eynilə, Ukraynanın taxıl, günəbaxan və günəbaxan yağı ixracının da yolu açılıb. Biz bu fəal rolumuzu davam etdirəcəyik. Nəhayət, bu müharibə diplomatiya masasında bitəcək. Biz tərəflərin həmin masaya qayıtması üçün üzərimizə düşəni edəcəyik. Amma bu iş asan deyil. Müharibə uzandıqca tərəflərin bir masa arxasında əyləşməsi asan deyil.
Müharibənin uzanmasını istəyən ölkələr var; hətta taxıl müqaviləsini əngəlləmək istəyən ölkələr belə oldu. Onlar düşünür ki, müharibə nə qədər çox davam etsə, Rusiya bir o qədər zəifləyəcək. Bu müharibənin nəticələrini siz ödəmirsiniz, Ukrayna ödəyir. Onlar canları, qanları, torpaqları ilə ödəyirlər. Müharibənin uzanması hamının ziyanınadır"
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


