Payızda COVID-ə görə məktəblər bağlanacaq?

   Payızda COVID-ə görə məktəblər bağlanacaq?
  27 İyul 2022    Oxunub:1993
"Pandemiya məsələsində sürprizlər hər zaman olur. Payız ayında koronavirusa görə ayrı-ayrı məktəblərdə siniflərin bağlanması ola bilər".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, məktəblərin tamamilə bağlanması gözlənilmir.
"Hansısa məktəbdə yoluxma olarsa distant formaya keçilə bilər, amma 2020-ci ildəki kimi kütləvi bağlanma düşünürəm olmayacaq".

AzVision.az



Teqlər:



Xəbər lenti