Polşa 1000 tank və 600-dən çox haubitsa sifariş edib

   Polşa 1000 tank və 600-dən çox haubitsa sifariş edib
  27 İyul 2022    Oxunub:1875
Polşa Cənubi Koreyadan min ədəd K2 tankı, 600-dən çox K9 haubitsası, həmçinin üç eskadrilya FA-50 qırıcısı sifariş edib. Bunu baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşçak deyib.
“Çərçivə sazişləri yenicə imzalanıb ki, bu da sonda Polşa ordusunu gücləndirəcək. Bizim vaxtımız yoxdur. Biz gözləyə bilmərik və tez bir zamanda Polşa ordusunu silahlandırmalıyıq”, - Blaşçak bildirib.

Onun sözlərinə görə, tanklar bu il Polşa Silahlı Qüvvələrinin sıralarına daxil olacaq. Hərbi texnikanın tədarükünün dəqiq vaxtı hələlik açıqlanmayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti