Türkiyə daha bir şəhid verdi
Bildirilib ki, İraqın şimalında keçirilən Pəncə 1-2 əməliyyat bölgəsində iyulun 26-da yaralanan əsgər Cüneyt Taşyürekin həyatını xilas etmək mümkün olmayıb.
O, yaralandıqdan dərhal sonra xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq C.Taşyürek dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin daha 2 hərbçisi şəhid olmuşdu. Hadisə "Fərat Qalxanı" antiterror əməliyyatı zonasında baş verib. PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


