Türkiyə tarixində ilk: Milli elektrik avtomobil istehsal edildi

  Türkiyə tarixində ilk:  Milli elektrik avtomobil istehsal edildi
  27 İyul 2022    Oxunub:2784
İlk tam elektriklə işləyən “TOGG” avtomobili Türkiyədəki fabrikdə konveyerdən çıxıb. Qeyd olunub ki, bu, ölkə tarixində ilk milli elektromobildir. Model iki versiyada istehsal olunacaq: sedan və yolsuzluq.
30 dəqiqə ərzində enerji toplayan “TOGG”u 500 km sürmək mümkün olacaq. Türklər “TOGG”nin bəzi xüsusiyyətlərinə görə amerikalı rəqib “Tesla”nı üstələməsi ilə fəxr edirlər. Belə ki, türk elektromobili 100 km/saatı 4,8 saniyəyə, “Tesla” isə 5,4 saniyəyə yığır. Bundan əlavə, Tesla elektrik mühərriki 376 at gücünə, TOGG isə 400 at gücünə malikdir.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti