Fransa noyabrın 1-dək qaz anbarlarını tam doldurmağı planlaşdırır

   Fransa noyabrın 1-dək qaz anbarlarını tam doldurmağı planlaşdırır
  27 İyul 2022    Oxunub:963
Fransanın enerji transformasiyası naziri Anıes Panye-Ryunaşe bildirib ki, ölkə noyabr ayına qədər strateji qaz anbarlarını 100% doldurmağı gözləyir.
O qeyd edib ki, bu rəqəmlər Avropa Komissiyasının qarşıya qoyduğu hədəfləri üstələyir. O vurğulayıb ki, Fransa hakimiyyəti öz vətəndaşlarını qorumaq və ölkəni qışa hazırlamaq üçün hər cür səy göstərmək istəyir.

İyunun sonunda Avropa İttifaqı Şurası 2022-ci ilin qış mövsümünə qədər Avropa ölkələrində yeraltı qaz anbarlarının ən azı 80% doldurulmasına dair qətnamə qəbul edib.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Fransa  



Xəbər lenti