Saakaşvilini gözləyirlər

Saakaşvilini gözləyirlər
  06 Aprel 2013    Oxunub:1250
Gürcüstan prezidenti Mixail Saakaşvili, Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda keçirilən “Qafqazlıların folklor və mədəniyyət dərnəyi” adlı festivala qatılacaq.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə danışan dərnəyin qurucusu Əhməd Nuri Can bildirib ki, təşkilatçısı olduğu dərnəyin bu günə qədər keçirilən 13-cü festivalında Saakaşvilinin gəlişini səbirsizliklə gözləyirlər.

Qurum rəhbəri, Gürcüstan səviyyəsində bir ölkənin prezidentinin həmin festivala qatılacağı üçün məmnunluq hissi duyduğunu və sabahı səbirsizliklə gözlədiklərini dilə gətirib.

O vurğulayıb ki, Gürcüstan prezidentini ən gözəl şəkildə qarşılayacağımıza və rayonumuzu yaxşı təmsil edəcəyimizə inanırıq:

“Bütün İnegöl rayonunun əhalisi tədbirə dəvətlidir və bütünlüklə qürur hissi içərisindəyik. İlk dəfə bir prezidenti qonaq qəbul edəcəyik və bu bizi çox amma çox məmnun edir”.


Teqlər:  





Xəbər lenti