Hindistanda ildırım 20 nəfəri öldürdü

   Hindistanda ildırım 20 nəfəri öldürdü
  27 İyul 2022    Oxunub:1390
Hindistanın Bihar ştatında güclü yağışlar nəticəsində bir gündə 20 nəfər ölüb.
Bu barədə Daily Mail məlumat yayıb. Həddindən artıq istilərdə insanların çoxu sərinləmək üçün bayıra çıxıb, nəticədə ayrı-ayrı yerlərdə ildırımın vurduğu 20 nəfər həyatını itirib.

Ştatın baş naziri Nitish Kumar bölgədəki insanları təhlükəsiz olmağa və hökumətin tövsiyələrinə əməl etməyə çağırıb. O, həmçinin qurbanların ailələrinə təzminat kimi 400 min rupi (təxminən 5 min avro) ödəniləcəyini açıqlayıb.


AzVision.az



Teqlər:



Xəbər lenti