İtkin düşən döyüşçü küçələrdə qalırmış - TƏFƏRRÜAT
AzVision.az Modern.az-a istinadən xəbər verir ki, müharibə veteranı bir neçə gün dostunun evində qalıb. O, daha sonra küçələrdə gecələyib.
Evinə dönən veteranın vəziyyətinin yaxşı olmadığı bildirilir. Yaxınlarının dediyinə görə, C.Bədəlli müharibədən sonra şiddətli baş ağrılarından əziyyət çəkib və uzun müddət psixoloji travma yaşayıb.
Onun ailəsində ciddi problemlərin olmadığı, həyat yoldaşı və qohumları ilə münasibətlərinin normal olduğu deyilir.
Cavid Bədəllinin yaxınları DOST mərkəzində fəaliyyət göstərən sosial-psixoloji xidmətə müraciət ediblər. Həkimlər müayinədən sonra onun ağır depressiya keçirdiyini, ciddi müalicəyə zərurət olduğunu bildiriblər.
Qeyd edək ki, bir neçə gün əvvəl C.Bədəllinin atası Rafiq Bədəlov oğlunun itkin düşməsi barədə məlumat vermişdi. O, oğlunun evdən çıxmazdan əvvəl ailə üzvlərilə kiçik münaqişə yaşadığını söyləmişdi.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


