“Meta”nın qazancı azaldı

   “Meta”nın qazancı azaldı
  28 İyul 2022    Oxunub:1861
“Meta” korporasiyasının rüblük gəliri ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
AzVision.az xəbər verir ki, rübün sonunda şirkətin ümumi gəliri 28,822 milyard ABŞ dolları təşkil edib. Lakin, ötən ilin eyni dövründə bu rəqəm 29,077 milyard ABŞ dolları idi.

Şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 36% azalaraq 6,687 milyard ABŞ dolları təşkil edib. Şirkətin maliyyə departamenti bu azalmanı reklama tələbinin zəif olması makroiqtisadi qeyri-müəyyənlik səbəbindən izah edib.


AzVision.az


Teqlər: Meta  



Xəbər lenti