"Hamımız məyusuq" - "Sürix"in baş məşqçisi
"Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik. Hesab 1:1 olarkən mübarizə apardıq. Əlavə vaxtın ilk hissəsində qol buraxmaq ayıbdır" - deyə o bildirib.
Mütəxəssis qarşıda duran vəzifələr haqda isə bunları deyib: “Əlbəttə, indi komandanı ayağa qaldırmağın vaxtıdır. Yenidən canlanmalıyıq. Həftəsonuna qədər az vaxtımız var”.
Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə (3:2, 2:2) əsasən 3-cü təsnifat mərhələsinə yüksəlib. "Sürix" isə mübarizəni Avroliqada davam etdirəcək.
AzVision.az