ABŞ Marsa torpaq gətirmək üçün iki helikopter göndərəcək

   ABŞ Marsa torpaq gətirmək üçün iki helikopter göndərəcək
  28 İyul 2022    Oxunub:2471
Amerika Birləşmiş Ştatları Marsdan süxurlar və torpaq nümunələri gətirmək üçün bu planetə içərisində iki mini helikopter olan daşıyıcı raket göndərəcək.
Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin ( NASA ) mətbuat xidməti məlumat yayıb. İki mini helikopterin buraxılışı 2027-ci ilin payızına və 2028-ci ilin yayına planlaşdırılır. Onların Marsdan qaya və torpaq nümunələrini 2033-cü ildə Yerə qaytaracaq xüsusi raketə yükləmələri gözlənilir. Helikopterlərin çəkisi 4 funt (1,8 kq) olacaq. Onlar xüsusi təkərlər və tutma rıçaqları ilə təchiz olunacaqlar.

Mini helikopterlərin ilkin layihələndirilməsinə bu ilin oktyabrında başlanacaq. Mərhələ təxminən 12 ay davam edəcək, bu, onların sonrakı yığılması üçün iki modelin mühəndis prototiplərinin yaradılması ilə nəticələnəcək.

2021-ci ilin fevralında uğurla eniş edən NASA Perseverance kosmik aparatı hazırda Qırmızı Planetin səthində tədqiqatlar aparır. Onun vəzifələri arasında çöküntü süxurlarının və torpağın xüsusiyyətlərinin öyrənilməsi, həmçinin onların nümunələrinin xüsusi qablarda yerləşdirilməsi daxildir. O, artıq 11 qaya nümunəsi toplayıb. Onların 2030-cu illərdə laboratoriya tədqiqatları üçün Yerə çatdırılması planlaşdırılır.


AzVision.az



Teqlər:





Xəbər lenti