AAYDA-ya 3 milyon ayrıldı - Sərəncam

   AAYDA-ya 3 milyon ayrıldı -    Sərəncam
  28 İyul 2022    Oxunub:1630
Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
AzVision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti