Bu məktəblərdə inklüziv siniflər təşkil ediləcək

   Bu məktəblərdə inklüziv siniflər təşkil ediləcək
  28 İyul 2022    Oxunub:531
Təhsil naziri Emin Əmrullayev “İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə” əmr imzalayıb.
AzVision.az xəbər verir ki, əmrə əsasən, “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə 2022-2023-cü tədris ilində Bakı şəhəri 39, 84, 265, 300, Gəncə şəhəri 8, Sumqayıt şəhəri 25, Xaçmaz şəhəri 6, Ağcabədi şəhəri 5, Qəbələ şəhəri 3 nömrəli tam orta məktəblərdə və Xırdalan şəhəri 3 nömrəli məktəb-liseydə inklüziv siniflər təşkil ediləcək.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən ölkədə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, qanunvericilik səviyyəsində islahatlar aparılır və müəllim hazırlığı üzrə proqramlar yenilənir.

AzVision.az

Teqlər:







Xəbər lenti