ABŞ Senatı Rusiyanı terroru himayə edən ölkə kimi tanıdı

   ABŞ Senatı Rusiyanı terroru himayə edən ölkə kimi tanıdı
  28 İyul 2022    Oxunub:2052
ABŞ Senatı Dövlət Departamentini Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada baş verən hadisələrə görə Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımağa çağıran qətnamə qəbul edib. Konqresin saytında yerləşdirilən məlumata görə, qətnamə baxılmaq üçün mayın 9-da təqdim olunub.
Sənəddə bildirilir ki, ABŞ Senatı Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya hökumətinin törətdiyi hərəkətləri terror aktlarına sponsorluq kimi qiymətləndirir.

“New York Times” isə bildirib ki, oxşar qətnamə Nümayəndələr Palatasına təqdim edilib. Spiker Nensi Pelosinin qətnamənin qəbul edilməsinə güclü dəstək verəcəyi gözlənilir.


AzVision.az



Teqlər:



Xəbər lenti