Çin NATO-nun yeni konsepsiyasını tənqid edib

   Çin NATO-nun yeni konsepsiyasını tənqid edib
  28 İyul 2022    Oxunub:1383
Rəsmi Pekin NATO-nun Asiya-Sakit Okean regionunda təxribat törətməsinə icazə verməyəcək.
Bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Tsyan deyib. Belə ki, o, Madriddə qəbul edilən NATO konsepsiyasını şərh edib: “Sənəd “qaranı ağ kimi göstərir”, həmçinin Çinin normal hərbi inkişafı ilə bağlı şayiələr və sərt tənqidlər yayır. Çin qəti şəkildə buna qarşı çıxır”.

Müdafiə rəsmisi qeyd edib ki, Çin həmişə dinc inkişafın tərəfdarı olub, NATO isə yarandığı gündən bəri müharibələr aparır, Bosniya və Herseqovinadan Kosovoya, İraqdan Əfqanıstana və Liviyaya qədər günahsız insanları öldürür və getdiyi hər yerdə fəlakətlər törədir.

İyunun 28-dən 30-dək Madriddə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində görüş keçirilib və onun iştirakçıları yeni strateji konsepsiyanı qəbul ediblər. Sənəddə Rusiya ən əhəmiyyətli təhlükə, Çin isə sistemli çağırış və rəqib adlandırılıb.


AzVision.az



Teqlər:



Xəbər lenti