Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın tərkibinə dəyişiklik edilib
Sərəncama əsasən, Azərbaycanın Baş nazirinin birinci müavini komissiyanın tərkibindən çıxarılıb və onun yerinə Azərbaycanın iqtisadiyyat naziri əlavə edilib.
Həmçinin iqtisadiyyat nazirinin müavini də komissiyanın tərkibindən çıxarılıb.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi komissiyanın Azərbaycan tərəfindən tərkibinə edilmiş dəyişiklik barədə Türkmənistan tərəfinə müvafiq bildiriş göndərəcək.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


