“Neftçi” növbəti mərhələyə yüksəldi

II təsnifat mərhələsinin səfərdəki ilk qarşılaşmasında gözlənilmədən 0:2 hesabı ilə uduzan “Neftçi” “Baksell Arena”da inamlı qələbə qazanıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda turnirin növbəti mərhələsinə yüksəlib.
Qeyd edək ki, bakılıların rəqibi “Rapid” – “Lexiya” duelində müəyyənləşəcək. Növbəti raundun görüşləri avqustun 4-ü və 11-də baş tutacaq.
Teqlər: