|
| Çernobıl AES-ə Ukrayna bayrağı sancılıb |
"İşğal planından birbaşa xəbəri olan mənbə bildirib ki, 2021-ci ilin noyabrında Rusiya Ukraynaya Çernobıl AES-in təhlükəsizliyinə cavabdeh olan rəsmilərlə əlaqə yaratmaq tapşırığı ilə məxfi kəşfiyyat agentləri göndərməyə başlayıb. Agentlərin məqsədi Rusiya qoşunlarının bura gəlişindən sonra heç bir silahlı müqavimətin olmamasını təmin etmək olub”, - nəşr öz mənbəsinə istinadən yazıb.
Mənbənin sözlərinə görə, Çernobıl həm də Ukrayna Silahlı Qüvvələrinin qərargahından sənədlərin ötürülməsi məntəqəsi olub. Ukrayna rəsmiləri pul müqabilində rus casuslarına Ukraynanın hərbi hazırlığı barədə məlumat veriblər.
Eyni zamanda, agentlik müstəntiqlərin mənbənin məlum iddialarının təfərrüatlarını müstəqil şəkildə yoxlaya bilmədiklərini qeyd edib.
"Reuters" Rusiya və Ukraynada onlarla məmurdan müsahibə götürüb, Ukrayna məhkəmə sənədlərini və Çernobılda işləyən insanların davranışlarının araşdırılması ilə bağlı bəyanatlarını nəzərdən keçirib və məlum "sızma"ların ictimaiyyət tərəfindən etiraf ediləndən qat-qat dərin olduğunu aşkar edib.
Xatırladaq ki, hazırda Çernobıl AES-də işləyən şəxslərlə bağlı üç araşdırma aparılır. Bu sənədlərə əsasən, istintaq ən azı iki nəfər müəyyən edilib ki, onlar Rusiya agentlərinə məlumat verməkdə və ya obyektin ələ keçirilməsində köməklik göstərməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, AES və ətrafındakı ərazilər fevralın sonlarında Rusiya qoşunlarının nəzarətinə keçmişdi.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


