“Space”də yeni yarışma: “Milli Səs” başlayır – VİDEO

   “Space”də yeni yarışma: “Milli Səs” başlayır –    VİDEO
  29 İyul 2022    Oxunub:3193
Azərbaycan xalq musiqisinin, milli estradasının təşviqinə və təbliğinə hər zaman dəstək olan “Space” TV ən çox danışılan, müzakirə olunan yeni layihəni təqdim edir. Korifey sənətkarların ifasında səslənən təkrarsız mahnılar, ruh oxşayan təsniflər, bəstəkarların şah əsərləri indi yenidən səslənəcək. Yeni simaların ifasında tam fərqli formatda – “Milli səs” adlı musiqi yarışması ekranlarınıza gəlir.
Gənc istedadların üzə çıxarılması, peşəkar musiqiçilərin onları düzgün istiqamətləndirməsi layihənin əsas hədəflərindəndir. “Milli səs”in təşkili eyni zamanda, son vaxtlar həm milli musiqimizdə, həm də milli estradamızda sezilməyə başlayan yad səslərin, boğazların, ifa tərzinin aradan qaldırılmasına xidmət edəcək.



Xalq və bəstəkar mahnılarını ifa edən, səsinə güvənən, 16 yaşından yuxarı hər kəs bu yarışmaya qatıla bilər.

Oxu, ifanı telefona çək və video görüntünü 055 309 94 94, 070 309 94 94 nömrələrinə whatsapp vasitəsi ilə göndər, qeydiyyata düş və yarışmaya qatıl!
Ulduz olmaq arzun “Space”də gerçək olsun! Sən də oxu! Milli SƏS ol!
Gəl, ulduzun parlasın!

Qeydiyyat üçün əlaqə nömrələri:
055 309 94 94, 070 309 94 94



Teqlər: Milli-Səs  





Xəbər lenti